"Vistar" Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası (IAI) və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinin başlaması ilə əlaqədar açılış tədbiri keçirilib.

Tədbirdə İRİA, Azərkosmos, IAI və Holon Texnologiya İnstitutunun rəhbər nümayəndələri və ekspertləri çıxış ediblər. Çıxışlar zamanı təlim proqramının iştirakçılara innovativ ideyalarını inkişaf etdirmək, texnoloji həllər hazırlamaq və onları kommersiyalaşdırmaq üçün zəruri bilik və bacarıqlar qazandıracağı bildirilib. Qeyd olunub ki, innovasiya və texnologiya sahəsində ixtisaslı insan kapitalının formalaşdırılması, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında mühüm rol oynayır.

Həmçinin "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq ölkədə innovasiya əsaslı iqtisadiyyata keçid istiqamətində ardıcıl addımların atıldığı, bu kimi proqramların isə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli startapların formalaşmasına töhfə verdiyi vurğulanıb.

Ümumilikdə "Vistar" Mükəmməllik Mərkəzinin üçüncü dalğasına 149 nəfər müraciət edib və onlardan 48 nəfəri müsahibədən uğurla keçərək təlimlərdə iştirak haqqı qazanıb. Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən "yumşaq bacarıqlar"ın inkişafını hədəfləyir.

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından startaplar formalaşacaq və "Demo Day" tədbirində həmin startaplar öz layihələrini təqdim edəcəklər.

Qeyd edək ki, "Vistar" Mükəmməllik Mərkəzinin birinci dalğa təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim proqramı 2 əsas moduldan ibarətdir: "İnnovasiya və sahibkarlıq" və "Peyk innovasiyaları və tətbiqləri". Mərkəzdə indiyədək təlim keçən iki dalğadan ümumilikdə 62 iştirakçı məzun olub.

SON XƏBƏRLƏR

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

BÜTÜN XƏBƏRLƏR