“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib. Strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır. 

Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur. 

Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.

Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa, bir neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar təqdim etməyə imkan verir. Nəhayət, “Guided Learning” istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir. 

Bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatan olmasını təmin edəcək. 

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR