"WhatsApp"da yenilik: işarədən bilinəcək

"WhatsApp" "Android" versiyasında kanallar üçün yeni bir funksiya sınaqdan keçirir. Bu funksiya kanal administratorlarına paylaşımları reklam və ya ödənişli tərəfdaşlıq kimi işarələməyə imkan verəcək.

Yenilik "Google Play Beta" proqramında yayımlanan 2.26.4.10 beta versiyasında aşkarlanıb.

Yeni imkanın məqsədi kanallarda yayımlanan məzmunun daha şəffaf olmasını təmin etməkdir. Əgər paylaşım hansısa brend və ya şirkətlə əməkdaşlıq çərçivəsində hazırlanıbsa, administrator bunu xüsusi qeyd ilə göstərə biləcək. Bu zaman oxucular postun reklam xarakterli olduğunu açıq şəkildə görəcəklər.

Qeyd paylaşım yayımlandıqdan sonra əlavə menyu vasitəsilə aktivləşdiriləcək və "WhatsApp" bunun üçün təsdiq istəyəcək. Vacib məqam odur ki, bu etiket sonradan silinmir — yalnız paylaşımı tam silib yenidən reklamsız formada yerləşdirmək olar. Hətta post başqa çatlara və ya kanallara ötürülsə belə, reklam qeydi üzərində qalacaq.

Bu funksiya məcburi olmayacaq və reklam kimi işarələmə tamamilə kanal administratorlarının məsuliyyətində olacaq. "WhatsApp" paylaşımları avtomatik şəkildə reklam kimi tanımayacaq. Funksiya hələlik hazırlanma mərhələsindədir və yaxın gələcəkdə "Android" üçün "WhatsApp" yeniləmələrindən birində istifadəyə veriləcək. (olke.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR