Robotlar rəssamları əvəz edəcək?

Son dövrlərdə süni intellekt və robot texnologiyalarının sürətli inkişafı cəmiyyətin bir çox sahələrində olduğu kimi, incəsənətdə də müzakirələrə səbəb olub. Xüsusilə robotun rəsm çəkməsini əks etdirən videolar sosial şəbəkələrdə geniş yayılıb.

Bəs, insan yaradıcılığı təhlükə altındadırmı?

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ekspert Əmrah Mövsümzadə bildirib ki, burada əsas məsələ rəssamlığın sıradan çıxması deyil, onun formalaşma və ifadə üslubunun dəyişməsidir.

Ekspertin sözlərinə görə, texnoloji baxımdan süni intellekt və robot sistemləri böyük həcmdə məlumatları analiz edərək mövcud üslubları təqlid edə və texniki cəhətdən yüksək keyfiyyətli vizual məhsullar yarada bilirlər:

"Lakin bu proses yaradıcılıq deyil, alqoritmik reproduksiyadır. Süni intellekt hiss etmir, mövqe tutmur, şəxsi yaşantı keçirmir. O, yalnız ona ötürülən məlumatlar əsasında nəticə istehsal edir".

Ekspert vurğulayıb ki, kibertəhlükəsizlik prizmasından baxdıqda əsas risk incəsənətin yox olması deyil. Burada daha ciddi məsələlər ön plana çıxır.

Onun sözlərinə görə, bu risklərə ilk növbədə orijinallıq və müəlliflik hüquqları, vizual manipulyasiya imkanları, eləcə də süni intellektin hansı mənbələrdən öyrəndiyi və həmin mənbələrin icazəli olub-olmaması daxildir:

"Gələcəkdə süni intellektlə yaradılan vizualların kimə məxsus olduğu ciddi hüquqi və etik mübahisələr doğura bilər".

Ə. Mövsümzadə hesab edir ki, robotlar rəssamlığın yerini tutmur, sadəcə onu yeni texnoloji mərhələyə daşıyır:

"İnsan yaradıcılığı duyğu, məna və kontekst üzərində qurulduğu üçün əvəzolunmazdır. Texnologiya rəssamı sıradan çıxarmır, əksinə ondan daha şüurlu, daha fərqli və daha dərin olmağı tələb edir".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR