Bütün "iPhone"lar ucuzlaşıb - SİYAHI

Üç ay əvvəl satışa çıxarılan "iPhone Air Apple" smartfonları arasında ikinci əl bazarında ən çox ucuzlaşan model olub.

Bu barədə "SellCell"in hesabatında bildirilib.

Smartfonların alışı və satışı ilə məşğul olan xidmətin mütəxəssisləri "iPhone 17" nəslinə aid bütün modellərin qiymətlərini təhlil ediblər. Antirekord isə 1 terabayt yaddaşa malik "iPhone Air" modelində qeydə alınıb. Pərakəndə satış qiyməti 1400 dollar olan cihaz cəmi üç ay sonra orta hesabla 731 dollara satılıb. Beləliklə, smartfon 47 faiz ucuzlaşıb.

Top-5 sırasında ikinci əl bazarında dəyərini ən çox itirən digər yeni "Apple" modelləri də yer alıb.

512 GB yaddaşlı "iPhone Air" — 45 faiz,

"iPhone 17 Pro Max" (2 TB) — 41,2 faiz,

"iPhone 17" (512 GB) — 40,8 faiz,

"iPhone Air" (256 GB) — 40,3 faiz göstəriciləri ilə qərarlaşıb.

"SellCell"in məlumatına görə, "iPhone 17" seriyasına aid smartfonların orta amortizasiya göstəricisi satışdan sonrakı ilk on həftədə 34,6 faiz təşkil edib. İkinci əl bazarında ən populyar model isə 256 GB yaddaşlı "iPhone 17 Pro Ma"x olub — o, orta hesabla 26,1 faiz ucuzlaşıb.

Mütəxəssislər bildiriblər ki, ən sürətlə ucuzlaşan modellər həm də bazarda daha zəif tələb görənlərdir. “iPhone Air" ilə digər cihazlar arasında artan fərq bazarın bu modelin uzunmüddətli populyarlığı ilə bağlı narahatlığını göstərir”, — deyə ekspertlər vurğulayıblar.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR