"X"in cərimələnməsi Aİ ilə ABŞ arasında gərginliyi artırıb

Amerikalı milyarder İlon Maska məxsus olan "X" sosial şəbəkəsi Avropa Komissiyasının rəqəmsal xidmətlər haqqında qanununun pozulmasına görə ötən həftə tətbiq etdiyi cəriməni ödəməlidir.

Bunu Avropa İttifaqının rəsmi nümayəndəsi Toma Renye Brüsseldə bəyan edib.

Onun sözlərinə görə, Avropa Komissiyası 120 milyon avro dəyərində cərimənin ödənilməsini təmin edəcək.

Texnoloji şirkətlər və ABŞ hökumətinin nümayəndələri bildiriblər ki, Avropa İttifaqının bu sahəyə aid qaydaları senzura və azad sözün qadağan olunmasından başqa bir şey deyil. Cərimə qərarından sonra belə ittihamlar artıb.

"120 milyon avro cərimə tam ödənməlidir. Biz bu pulu almaq üçün iş görəcəyik", - deyən Avropa İttifaqının rəsmi nümayəndəsi pulu hansı yolla əldə edəcəklərini açıqlamayıb. Çünki bu və digər qərarlar barədə məhkəməyə şikayət edilə bilər.

"X" isə İlon Maskın hikkəli cavabları ilə kifayətlənməyib və Avropa İttifaqının reklam profilini bloklayıb. Buna baxmayaraq, Avropa İttifaqı hələ də sosial şəbəkədən istifadə edir.

Avropa İttifaqının cərimə qərarının ABŞ ilə ticari danışıqların aparıldığı vaxt çıxarılması uğursuz addım sayılır. Çünki danışıqlar prosesində bəzi məsələlər razılaşdırılmayıb. Yaranmış gərginliyi azaltmaq üçün Avropa Komissiyasının ekspertlər qrupu Vaşinqtona səfər edib. Əsas müzakirə mövzusu isə polad ixracında yaranan əngəllər və problemin aradan qaldırılmasıdır.(report)

SON XƏBƏRLƏR

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

BÜTÜN XƏBƏRLƏR