Ev telefonları tarixə qovuşur: Onları görün nə əvəzləyəcək...

Azərbaycanda ev telefonlarından istifadənin sürətlə azalması sosial mediada geniş müzakirələrə səbəb olub. 

Maraqlıdır, qarşıdakı illərdə sabit rabitə vasitələrinin tamamilə yox olacağını düşünmək realdırmı?

Məsələ ilə bağlı KONKRET.az-a danışan İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, sabit rabitə vasitələri tamamilə yox olmayacaq, sadəcə texnoloji transformasiyadan keçir.

Ekspertin sözlərinə görə, stasionar telefonlar bir sıra hallarda hələ də zəruridir:

“Evdə və ya iş yerlərində sabit telefonlar heç vaxt öz aktuallığını tam itirməyə bilər. Çünki elə vəziyyətlər olur ki, müəyyən vəzifəli şəxsi, xüsusilə də dövlət qurumlarında çalışan məmuru yerində təyin etmək üçün stasionar telefona zəng etmək vacib olur. Bundan əlavə, təhlükəsiz və etibarlı rabitə baxımından da xüsusi xətlərlə gücləndirilmiş sabit telefonlara ehtiyac qalır.”

Elvin Abbasov əlavə edib ki, bəzi hallarda stasionar telefonlar şəhərin tarixi simasını qorumaq baxımından da əhəmiyyət daşıyır:

“Şəhərin qədimliyini və mədəni dəyərlərini göstərmək üçün küçələrdəki stasionar telefon köşkləri müəyyən simvolik məna daşıyır. İş yerlərində də bu telefonların istifadəsi müəyyən səviyyədə davam edəcək.”

Ekspert qeyd edib ki, əsas azalma ev təsərrüfatlarında müşahidə olunur. Bunun səbəbi isə insanların daha çox mobil rabitədən istifadə etməsidir:

“Əvvəllər stasionar telefonlar mis kabellər üzərindən fəaliyyət göstərirdi. Artıq bu texnologiya dövrünü başa vurub. Yeni mərhələdə sabit rabitə fiberoptik xətlər üzərindən təmin olunur. Yəni, mis kabel dövrü Azərbaycanda bitib, indi isə stasionar telefonlar fiberoptik texnologiyalarla təchiz edilir.”

Beləliklə, ekspertin fikrincə, sabit rabitə tamamilə yox olmasa da, yeni texnoloji platformalara keçid onun formasını və funksiyasını dəyişəcək.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR