Naxçıvan İnnovasiya Mərkəzi yaradıldı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər. 

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədri Fərid Osmanov Naxçıvan İnnovasiya Mərkəzinin yaradılmasını regional innovasiyaların genişlənməsində mühüm mərhələ olduğunu vurğulayıb: “Bakı və Sumqayıtdan sonra artıq Naxçıvanda da belə bir mərkəzin təsis edilməsi innovasiya infrastrukturunun əlçatanlığının təmin edilməsi baxımıdan bu bölgə üçün əhəmiyyətli hadisədir. Bu mərkəz sadəcə ofis məkanı deyil, burada startaplar müxtəlif inkişaf proqramlarında iştirak etmək, mentor dəstəyi almaq, investorlarla görüşlər keçirmək və tədbir təşkil etmək imkanından faydalana biləcəklər. Burada innovasiya mədəniyyəti formalaşıb genişlənəcək”. 
Tədbirin salamlama hissəsində, həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış ediblər. Onlar İRİA-nın bölgələrdə ekosistem quruculuğu sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər və Naxçıvan İnnovasiya Mərkəzinin açılışını ətraf bölgələrdən olan innovativ düşüncəli gənclər üçün yeni perspektivlər yaradacağını diqqətə çatdırıblar.

Daha sonra İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Naxçıvan İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib. O bildirib ki, Mərkəzdə müasir texnoloji həllərin hazırlanması və sınaqdan keçirilməsini mümkün edən Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərəcək. Bundan əlavə, innovatorlar, tələbələr və ümumiyyətlə innovasiya ilə maraqlanan hər kəs üçün əməkdaşlıq və ortaq fəaliyyət mühitini yaradan kovörkinq və tədbir məkanları istifadəyə veriləcək.

Tədbirin yekununda Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Naxçıvan Dövlət Universitetinin innovasiya ekosisteminin quruculuğu fəaliyyətləri haqqında ətraflı təqdimatla çıxış edib.
 

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR