
Reklam
27 Sentyabr 2025, 13:00
239
İctimai nəqliyyatda süni intellektin tətbiqi
23–25 sentyabr tarixlərində AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin Beynəlxalq İctimai Nəqliyyat İttifaqı (UITP) ilə əməkdaşlığı çərçivəsində “İctimai nəqliyyatda süni intellektin tətbiqi” mövzusunda təlim keçirildi.
UITP-nin beynəlxalq sertifikatlı təlimçilərinin iştirakı ilə baş tutan təlimdə süni intellektin sərnişin axınının effektiv idarə olunması, enerji və resursların optimallaşdırılması, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, texniki nasazlıqların öncədən aşkar olunması və sərnişin məmnunluğunun artırılması kimi istiqamətlərdə rolu xüsusi vurğulandı.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundu.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





