Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Azərbaycanda qadınların pensiya yaşı növbəti həftədən etibarən 6 ay da artılaraq 65-ə çatdırılır.

Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, pensiya sistemində yalnız kəmiyyət deyil, keyfiyyət meyarlarının da nəzərə alınmalıdır.

"Xüsusən də tək yaşayan qadınların daha tez pensiyaya çıxması təmin olunmalıdır. Söhbət güzəştli pensiya hüququnun tək yaşayan qadınlara da şamil edilməsindən gedir. Çünki elə qadın vətəndaşlarımız var ki, müəyyən yaşa çatsalar da, onlara baxacaq övladı və ya həyat yoldaşı yoxdur. Bu baxımdan onların daha erkən pensiyaya çıxması məqsədəuyğun olardı", - deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, pensiya sistemində qadınlarla kişilər arasındakı əməkhaqqı fərqi də nəzərə alınmalıdır.

"Pensiyaların hesablanması sosial sığorta ödənişlərinə əsaslanır. Gender hesabatının müzakirəsi zamanı da təklif etmişik ki, qadınlarla kişilər arasında əməkhaqqı fərqi olduğu üçün pensiya yaşına çatan qadınların pensiya kapitalına xüsusi əmsal tətbiq olunsun. Bu, onların pensiya kapitalının artmasına və nəticədə daha yüksək pensiya almalarına imkan yaradar", - o vurğulayıb.

Deputatın sözlərinə görə, pensiya sistemində keyfiyyət meyarlarının tətbiqi həm sosial ədalətin təmin olunmasına, həm də qadınların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edər.

"Bu yanaşma bir tərəfdən bəzi qadınların daha tez pensiyaya çıxmasını təmin edə bilər, digər tərəfdən isə gələcəkdə onların aldıqları pensiya məbləğinin artmasına şərait yaradar", - deyə Vüqar Bayramov əlavə edib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR