SXA və DTSERA-nın əməkdaşları üçün əməyin mühafizəsinə dair təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlim təşkil olunub.

Təlim Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) əməkdaşları üçün keçirilib.

Tədbir çərçivəsində əməyin mühafizəsi sahəsində təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən profilaktik tədbirlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əməyin mühafizəsi mədəniyyətinin təşviqi, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması, eləcə də hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti müzakirə olunub. Təlim zamanı yeni qəbul edilmiş standartlar və “Vision Zero” yanaşmasına əsaslanan qabaqlayıcı təhlükəsizlik modeli barədə məlumat təqdim edilib.

Təlim interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR