Bu ilin 11 ayında “Könüllü DOST” proqramına daha 1500 nəfər cəlb olunub

“Könüllü DOST” proqramına bu ilin yanvar-noyabr ayları ərzində 42 min müraciət olub, 1500 nəfər proqrama cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan həmin proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarəedilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə kömək göstərir.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR