“İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirləri və Xidmətin regional idarələrinin rəhbərləri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib.
 
5 saylı Bakı DOST Mərkəzində təşkil olunan təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən iştirakçılara informasiya əldə etmək hüququnun təmin edilməsinin dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnuniyyətinin artırılması baxımından mühüm mexanizm olduğu diqqətə çatdırılıb.
 
Eyni zamanda, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətləri, həmçinin Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətləri barədə məlumat verilib.
 
İnteraktiv şəkildə təşkil olunan təlimdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.
 
Təlimin sonunda Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR