Nazirlikdə TDT Baş katibi və Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşlər olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən işləri yüksək qiymətləndirdiyimizi qeyd edib.  Nazir Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Azərbaycanda keçirilən ilk iclasının əhəmiyyətini vurğulayıb. O, son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə hazır olduğumuzu bildirib.

Kubanıçbek Ömüralıyev Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, bu sahədə TDT Katibliyinin bundan sonra da öz dəstəyini verəcəyini bildirib.

Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş olub. Anar Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Əlaqələrimizin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyi qeyd edilib.  

Vedat İşıkhan iki Nazirlik arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində də daim genişlənəcəyini bildirib. O, Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən birinci iclasının əlaqələrin inkişafında xüsusi önəmini qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR