“Gələcəyin Peşələri Sammiti: Bakı-2025” tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində baş tutub.

“Gələcəyə tərəf” devizi ilə keçirilmiş Sammit əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlarla bağlı bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığına dəstək məqsədi daşıyıb.

Sammitdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, dövlət və özəl sektordan rəhbər şəxslər, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Anar Əliyev bu Sammitin əmək bazarında yeni peşə və bacarıqlara dair tələblərin peşəkar müzakirəsi baxımından xüsusi əhəmiyyətini, əmək bazarındakı sürətli dəyişikliklərə çevik adaptasiya imkanlarının qiymətləndirilməsinin tədbirin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Nazir bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində insan kapitalının inkişafı dayanır. Bu isə bir daha sübut edir ki, Azərbaycan artıq insan kapitalı əsaslı iqtisadi inkişaf modelini dövlət strategiyasının prioritet istiqaməti kimi müəyyən edib.

Anar Əliyev süni intellektin sürətli inkişafının, rəqəmsallaşmanın genişlənməsinin dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırmaqda olduğunu deyib. O qeyd edib ki, Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan “İşlərin Gələcəyi Hesabatı”na əsasən 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22 faizinin struktur dəyişikliklərinə məruz qalacağı gözlənilir. Bu reallıq fonunda regionlararası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal əmək bazarına daha çevik inteqrasiya vacibdir.

Nazir 2018-ci ildən əmək müqavilələrinin sayının 44 faiz artaraq 1,9 milyona çatdığını, son illər sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. Bildirib ki, alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz MDB ölkələri ilə müqayisədə minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.  

Anar Əliyev 2022-ci ildən keçirilən “Peşələr Festivalı”nın minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olduğunu bildirib.  O, hazırkı Sammitin dövlət qurumları, özəl sektor və təhsil müəssisələri arasında əmək bazarının cari vəziyyəti və gələcək dəyişikliklərə uyğunlaşması, peşə hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətini qeyd edib.

Əli Əhmədov yeni texnologiyaların, xüsusilə də süni intellektin təsiri altında yaranan yeni peşə bacarıqlarının mənimsənilməsi üçün gənc nəslin təşviq olunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə Gələcəyin Peşələri Sammiti kimi platformalara hər zaman ehtiyac olduğunu bildirib.

Orxan Məmmədov kadr potensialının gücləndirilməsinin gələcəyin rəqabətqabiliyyətli biznesləri üçün əsas şərtlərdən olduğunu vurğulayıb. O, əmək bazarının yeni çağırışları, peşə bacarıqlarının inkişafı, KOB-ların təlim ehtiyacları və KOBİA-nın bu istiqamətdə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Musa Quliyev texnologiya və innovasiyaların iş dünyasına təsirlərinin əmək bazarında dəyişiklikləri şərtləndirdiyini və işçi qüvvəsinin bacarıqlarına münasibətdə yeni tələbləri müəyyən etdiyini qeyd edib. Bu barədə tərəfdaşlar arasında fəal müzakirələrin, gənclərin məlumatlandırılması işlərinin aparılmasının önəmini vurğulayıb.

Gələcəyin Peşələri Sammiti işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma kimi nəzərdə tutulub. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, hədəf qrup olan peşəkarların daha çevik, innovativ, rəqabətədavamlı karyera həlləri ilə təminatına şərait yaradılmasıdır.

Tədbir çərçivəsində “Peşələrin gələcəyi bizdən nə tələb edir?”, “Gələcəyin bacarıqları” və “Gələcəyin iş mühiti” adlı üç panel müzakirəsi təşkil olunub. Panellərdə yeni nəsil peşələr, gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi, davamlı öyrənmə və inkişaf, yeni nəsil texniki və yumşaq bacarıqlar, peşəkar inkişafda fərdi dəstək mexanizmləri, iş dünyasında rəqəmsal kooperasiya strategiyaları və s. mövzular müzakirə edilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti çərçivəsində ilk tədbir cari ilin oktyabr ayının 30-da Naxçıvan şəhərində keçirilib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR