
Təhlükəsiz və sağlam iş mühitinin yaradılması məqsədilə növbəti təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) istehsalatda bədbəxt hadisələrin daha çox baş verdiyi müəssisələrdə əməyin mühafizəsi üzrə maarifləndirmə işlərini davam etdirir.
Növbəti təlim “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətində keçirilib və burada müəssisənin 30-a yaxın əməkdaşı iştirak edib.
Təlim zamanı əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları, onların tətbiq sahələri, həmçinin müəssisələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində vacib mexanizmlər iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi və bu sahədə işçilərin bilik və bacarıqlarının artırılması təlimin əsas istiqamətləri sırasında olub.
Qeyd edək ki, təlimin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əmək şəraitinin təmin edilməsi, təhlükəsiz və sağlam iş mühitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması barədə geniş məlumat təqdim etməkdir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





