Naxçıvanda uşaqların əmək hüquqları mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunub. Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının əmək qanunvericiliyində azyaşlıların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı tələblər, habelə uşaq əməyinin istismarının və məcburi əməyin qarşısının alınması istiqamətində aparılan maarifləndirmə və nəzarət tədbirləri barədə ətraflı məlumat veriblər.

Sonda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb və onlara əmək hüquqlarının qorunması istiqamətində düzgün davranış vərdişləri aşılanıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR