Çimdiyimiz vaxt səhvən su udsaq, orucumuz batil olur?

Sual: Belə məlum olur ki, insan oruc olduqda çimə bilər, qüsl edə bilər. Bəzən elə olur ki, bilmədən boğaza su gedir. Bu halda nə etmək olar? Oruc batil olur, yoxsa yox?

Cavab: Qəsdən udmamısınızsa, oruc tutmağa davam edə bilərsiniz. Allah heç kəsə gücünün çatdığından artıq yük yükləmir. Allah Təala bildirir ki, səhvən baş verən şeylərə görə insan cavabdeh hesab edilməyəcək. Bununl əlaqədar Quran ayəsində deyilir:

"Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz. İnsanın bəzi qazancı lehinə, bəzisi də əleyhinədir. (Siz belə dua edin:) "Ey Rəbbimiz! Əgər biz unutsaq və ya səhv etsək, bizi məsul (cavabdeh) hesab etmə..." (Bəqərə, 2/286)

Allah dinin əmr etdiyi məsələlərdə insanlara heç bir çətinlik yaratmayıb. O, belə buyurur:

"Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz." (Maidə, 5/6)

"(Allah) sizə  din barəsində heç bir çətinlik yükləməyib." (Həcc, 22/78)

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR