ƏƏSMN-in mənzillərin satışından əldə etdiyi vəsait hara xərclənəcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan vəsait Nazirliyin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürüləcək.

Gazette az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydasında öz əksini tapıb.

Qeyd olunub ki, mənzillərin satışından əldə olunan vəsaitdən Fərmanın 3.2.1–3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslər üçün mənzillərin alınması, fərdi evlərin tikintisi, o cümlədən layihə-smeta sənədlərinin hazırlanması və ekspertizasının aparılması, xarici kommunikasiyalara qoşulması, satışa çıxarılan mənzillərin qiymətləndirilməsi, satışın rəsmiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun təsdiq edilən gəlir və xərclər smetası əsasında istifadə edilir.

Mənzillərin satışından əldə olunan vəsait üzrə gəlir və xərclər smetası, bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla, Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq təsdiq olunur.

İlin sonuna Nazirliyin xüsusi hesabında qalan xərclənməmiş vəsaitdən növbəti ildə bu Qaydanın 3.2-ci bəndində göstərilən xərclərinin maliyyələşdirilməsi üçün bu Qaydaya uyğun olaraq istifadə edilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR