Ötən il 3 000-dən çox hərbi qulluqçuya, şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş 2072 hərbi qulluqçuya, 715 şəhid ailəsinə və müharibədən zərər çəkmiş 419 şəxsə 2021-ci ildə psixoloji yardım göstərilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Psixoloji yardım xidməti ölkə üzrə 8 şəhər və rayonda - Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan, Ağdam, Şəki və Lənkəran - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yaradılmış psixoloji yardım mərkəzlərində həyata keçirilib. İxtisaslaşdırılmış psixoloji yardım xidmətinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığına baxmayaraq, müharibə iştirakçılarının və şəhid ailələrinin psixi sağlamlığının qorunması vacibliyini nəzərə alaraq həmin şəxslərə ödənişsiz şəkildə psixoloji konsultasiya xidməti göstərilib.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 (2) psixoloji dəstək xəttinə ötən il müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən 290 müraciət daxil olub. Həmin şəxslərdə yaranmış psixoloji problemlərin həlli və stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

Mərkəzlərdə həmçinin müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.

Qeyd edək ki, ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara, şəhid ailələrinə və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardımın göstərilməsi Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il 8 nömrəli qərarına əsasən həyata keçirilir.

 

 

oxuaz

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR