BAKU Azərbaycan
23.03 °C

Komitə sədri: "Azad edilmiş şəhərlərin Baş planları üzərində iş gedir"

İşğaldan azad edilmiş ərazilər üçün ümumi plan artıq bitmək üzrədir. Paralel olaraq işğaldan azad olunmuş bütün şəhərlərin Baş planları işlənilir. Onlardan artıq bir neçəsi dövlət başçısına və ictimaiyyətə təqdim olunub.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Anar Quliyev işğaldan azad edilmiş bir neçə şəhərin Baş planının üzərində iş getdiyini qeyd edib: “Şuşa, Füzuli, Ağdam və Cəbrayıl şəhərlərinin Baş planı təqdim olunub, digər şəhərlərin Baş planları üzərində iş davam edir. Paralel olaraq Baş planları bitmiş şəhərlər də daxil olmaqla bütün şəhərlər üçün müfəssəl planlaşdırma da aparılır. Eyni zamanda, çoxsaylı kəndlərimizin də yenidən qurulması üçün tədbirlər görülür, onların sayı çox olduğu işlər mərhələli şəkildə aparılır. Artıq cənab Prezidentin göstərişi ilə Kəlbəcər və Zəngilan şəhərlərinin, habelə Qubadlı şəhərinin də Baş planının hazırlanması üçün tərəfdaş beynəlxalq layihələndirmə təşkilatı müəyyənləşdirilib, iş birliyinə başlanılıb. Şəhərsalma konsepsiyası hazırlanır, təsdiq olunduqdan sonra Baş plan müfəssəl planlaşdırma ilə birlikdə hazırlanacaq”.