Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəstəyilə Şəhid Həkimlərimizin ailələrinə mənəvi dəstək istiqamətində tədbir keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Tibb Universiteti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində Şəhid olmuş 18 həkimin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Tibb Universitetinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə nəzər salaraq  Müzəffər Ali Baş Komandan, Preziden İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Azərbaycan ordusunun Erməni silahlı birləşmələri tərəfindən istila edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən bəhs etdilər. Natiqlər qeyd etdilər ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq Şəhid olmuş Şəhidlərə və onların ailələrinə diqqət və dəstək göstərmək hər bir Azərbaycanlının  vətəndaşlıq borcudur.  

Qurum rəsmiləri bildirdilər ki, 44 günlük müharibə zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən Şəhidlik zirvəsinə ucalmış həkimlərimizin əziz xatirəsi ehtiramla anılaraq örnək kimi yeni nəsilə təbliğ edilməlidir.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Jurnalistlərə açıqlamasında bildirdi ki, bu cür milli, vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd qüdrətli dövlət Başçısı, Ali Baş Komandan Cənab  İlham Əliyevin Şəhidlərə və onların ailələrinə diqqət eyni zamanda qayğı yönümündə gördüyü məqsədyönlü uğurlu fəaliyyətə ictimai dəstək olmaqla yanaşı, milli birlik, həmrəylik nümayiş etdirməkdir.

Zamin Zeynal onu da vurğuladı ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Dövlət, QHT, Özəl sektor tərəfdaşlığı və əməkdaşlığı fonunda milli, Vətənpərvər əzimdə, ictimai, siyasi, mənəvi dəstək yönümlü idea və təşəbbüslər,  tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR