Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Bayraq meydanında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, o cümlədən sakinlər iştirak ediblər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.


Tədbirdə “Vətən Müharibəsi – Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı baş tutub.

Daha sonra “Vətən Müharibəsi – Gəncə şəhidləri” kitabı tədbirdə iştirak edən şəhid ailələrinə təqdim olunub.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, “Zəfər Salnaməsi” kitabı şanlı Qələbəmizin ildönümünə həsr olunmuş daha bir töhfədir. O qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi və qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq.

Rəsmi hissədən sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan geniş konsert proqramı ilə çıxış edib.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR