Şərqin parlayan ulduzu - Azərbaycan!

Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Məhz buna görə gərək sınaqlara hər hazır olasan, hər  bir  əziyyətə  və çətinliyə  dözməyi bacarasan. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır. Taleyinıə bir əsrdə iki dəfə  müstəqillik  əldə etmək,   suveren  dövlət yaratmaq  imkanı yazılmış Azərbaycan xalqı zamanla ən çətin sınaqlara sinə gərərək, azadlığını hər şeydən üstün tutmuşdur. 1918-ci il 28 ay tarixində Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti o zaman özünün dövlət atributlarını -  bayrağını, himnini, gerbini qəbul etdi. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili  çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və AXC süquta uğradı. İkinci  tarixi  imkan bir  də 70  il  sonra  yarandı.

Sovet  imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa  etmək imkanı  verdi. 1991-ci il oktyabrın 18-də  Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.  Bu  mühüm tarixi sənədlə xalqımız uzun  illərdən bəri həsrətində olduğu azadlığına təkrar qovuşdu. Lakin müstəqilliyini qazandıqdan az  sonra xalqımız yenidən  onu  itirmək  təhlükəsi  ilə  üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin  təcavüzü nəticəsində  geniş miqyas almış Birinci Qarabağ  müharibəsi,  digər  tərəfdən  dövlət  rəhbərliyində  olan səriştəsiz  adamların  yeritdikləri  səhv siyasət və daxildə  gedən siyasi  çəkişmələr,  separatçı ideyalar müstəqilliyin  elə ilk addımlarında itirilməsi  təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə  malik  olan Ümummilli Lider Heydər Əliyevin xalqımızın xahişi ilə Azərbycanda hakimiyyətə  yenidən qayıdışı ilə Ölkəmizin başı üzərində olan qara buludlar dağıldı. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ulu Öndərin qurub-yaratdığı Azərbaycan Respublikası  bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Məhz bu davamlı və ardıcıl inkişafın nəticəsində Müzəfər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Qalib Azərbaycan Ordusu 44 gün ərzində itirilmiş tarixi ərazilərimizi geri qaytardı. Bununla ərazi bütövlüyümüz təmin edildi. Xalqımızın son 30 ildə itirilmiş qüruru, inamı özünə qayıdıb.

İndi qüdrətli Azərbaycan düşmənin viran qoyduğu torpaqlarımızı ən yüksək səviyyədə bərpa etməklə məşğuldur. Müstəqillik günün mübarək qüdrətli Azərbaycan!

Oqtay Kərimov
Neftçala rayonu

 

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR