
Möhtərəm Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi uğurlarının memarıdır!
Bu gün Azərbaycan dünyanın donor dövlətləri sırasında yer almaqla bir çox iri beynəlxalq iqtisadi layihələrinin maliyyələşməsində yaxından iştirak edir. Bütün bu iri maliyyə vəsaiti tələb edən iqtisadi layihələr sonda Azərbaycanın dövlət büdcəsinin möhkəmlənməsi, kapital ehtiyatlarının artması ilə nəticələnir. İqtisadi sferada əldə olunan gəlirlərin hər il artan temp üzrə çoxalması dövlətimizə imkan yaradır ki, ölkədə iri miqyaslı sosial islahatlar davamlı şəkildə həyata keçirilsin.
Faktdır ki, sosial islahatların davamlı şəkildə icrası dövlətlər üçün çətin və daha çox məsuliyyət tələb edən bir vəzifədir. Bir faktı qeyd edək ki, bütün dünyanı cənginə almış qlobal pandemiya ilə mübarizə dövründə belə Möhtərəm Prezident cənab İlham Əliyev sosial sahədə icrası zəruri olan islahatların icrasını təxirə salmadı. Çünki cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətini hər zaman əhalinin maddi rifahını yaxşılaşdırmaq və onların laiqli həyat səviyyəsini təmin etmək təşkil edib və edir. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq Respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhranlarda uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin laiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün Azərbaycanın ictimai-siyasi fikir tarixində yeni bir səhifə açmışdır. Aparılan istər ölkədaxili, istərsə də beynəlxalq müstəvidə uğurlu və perspektivli siyasi kurs nəticəsində dünya dövlətlərinin Azərbaycana olan marağını xeyli artırmışdır. Bəli, bu gün cənab Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifələri yazılır. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrinin səviyysi onu deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. Ölkə başçımızın milli maraqlara cavab verən siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu gündən-günə yüksəltməklə ölkəmizə, həm də mühüm tərəfdaşlar qazandırmışdır.
Bu gün həmin tərəfdaşlar işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırılan layihələrdə yaxından iştirak edir. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Ülviyyə Abdullayeva
Neftçala rayonu;
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





