Deputatdan təklif: Həkimlərin maaşı artırılmalıdır,

“Son illər qlobal miqyasda ciddi geosiyasi gərginliklərə, enerji bazarlarında dəyişkənliyə və inflyasiya təzyiqlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlığı, sosial öhdəliklərini artan templə davam etdirməsi Prezidentimizin rəhbərliyi ilə aparılan ardıcıl siyasətin nəticəsidir. Bu gün müzakirə etdiyimiz büdcə layihəsi də həmin siyasətin məntiqi davamıdır”.

Bunu deputat Rəşad Mahmudov Milli Məclisdə 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artıb: “Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyacları hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələ srin artımı paralel şəkildə getməlidir.
Burada xüsusilə onkologiya sahəsinə diqqət yönəltmək istəyirəm.

Dünyada artıq onkoloji xəstəlik “ümidsiz diaqnoz” deyil. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3–4 dəfə artım həyati zərurətdir.

Bu niyə vacibdir?

1. Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır.
2. İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artmışdır. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər.
3. Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir.
4. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək”.

O əlavə edib ki, onkoloji xəstələrə ümid olmaq, onların uzun və ağır yolunda yanlarında olmaq başqa xəstəliklərdən fundamental şəkildə fərqlənir. “Bir insan üçün ana vətən, yurdu-obası nədirsə,  bu xəstələr üçün də ilk ana vətən onun ailəsi, həkimi və aldığı dəstəkdir. Bu sahədə xüsusi yanaşma tələb olunur.

Bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil. Əksinə, bu, sistemdə dağınıqlığa və məsuliyyət bölgüsündə boşluqlara səbəb ola bilər.

Hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq bizi - əsas hədəfdən uzaqlaşdırır, çox vacib vaxtımızı alır və ən əsası isəxəstənin yaşamaq haqqını riskə atır.

İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz. İTS-in rolu - dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil”, - o vurğulayıb.

Deputat eyni zamanda həkimlərin maaşlarının artırılmasını təklif edib. (Olke.az)

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR