Nazirlər Kabineti sahibkarlıq subyektləri barədə qərarında dəyişiklik edib

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Gazette.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Dövlət Statistika Komitəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim olunan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR