Müstəqilliyimizin, sabitliyin və inkişafın başlanğıcı

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə Prezident seçilməsindən 32 il keçir.
1993-cü il 10 oktyabr tarixində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər andiçmə mərasimində bildirmişdi: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək, bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlaması qısa müddətdə ölkədə köklü dəyişikliklərə səbəb oldu. Azərbaycan 1969-cu ildə onun əsası qoyduğu inkişaf yoluna qayıtdı. Ulu Öndərin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlər nəticəsində nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın işğalının qarşısı alındı, atəşkəs əldə olundu və Azərbaycanın haqq səsi dünyaya çatdırıldı.

Yaradılmış sabitlik beynəlxalq aləmdə ölkəmizə münasibətin müsbət istiqamətdə dəyişməsinə gətirib çıxardı. İllər keçdikcə Ümummilli Liderimizin şərəfli ömür yolunun xalqımız, Türk dünyası və bəşəriyyət üçün nə qədər dəyərli olduğu daha aydın görünür. O, bütün ömrünü xalqına həsr edən, böyük dövlət xadimi və mütəfəkkir kimi tarixdə qalacaqdır.

Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursu nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri arasında layiqli yerini tutdu, iqtisadi və siyasi əlaqələr qurdu. Heydər Əliyevin ən böyük xidmətlərindən biri bu strateji xəttin davamlılığını təmin etmək idi.
2003-cü ildə xalq qarşısında müraciət edən Ulu Öndər, İlham Əliyevi ölkəyə rəhbərlik etməyə qadir lider kimi dəyərləndirərək demişdi:
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Prezident İlham Əliyev bu etimadı doğruldaraq öz enerjisi, uzaqgörən siyasəti və quruculuq fəlsəfəsi ilə dövlət idarəçiliyində yeni model formalaşdırdı. Onun qəbul etdiyi fundamental qərarlar, həyata keçirdiyi sosial-iqtisadi islahatlar Heydər Əliyev kursunun müasir tələblərə uyğun şəkildə davam etdirildiyini sübut etdi.

44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə də məhz Ulu Öndərin miras qoyduğu siyasi xəttə, Prezident İlham Əliyevin isə qətiyyətli liderliyinə əsaslandı. Azərbaycanın haqq səsi dünyada daha güclü eşidildi, ölkəmiz beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə yüksəldi.

Bu gün hər bir azərbaycanlı qürur hissi ilə qeyd edir ki, dövlətimizin idarəçilik sükanı arxasında Ümummilli Lider Heydər Əliyevin yetişdirdiyi siyasi məktəbin ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Onun dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqil Azərbaycan daha da güclənəcək, inkişaf və tərəqqi yolunda yeni zirvələr fəth edəcəkdir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR