Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir- ŞƏRH

Azərbaycan-İtaliya münasibətləri bu gün qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında enerji, iqtisadiyyat, sənaye, mədəniyyət, təhsil, hərbi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin güclənməsi xalqlarımızın rifahına xidmət etməklə yanaşı, regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri bu münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün mühüm tarixi hadisədir. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar bir daha göstərdi ki, Rəsmi Roma və Bakı arasında əməkdaşlıq ikitərəfli müstəvidə və Avropa miqyasında strateji xarakter daşıyır.

"Əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və burada İtaliya xüsusi tərəfdaş kimi ön plandadır. Cənub Qaz Dəhlizi layihəsi və onun tərkib hissəsi olan TAP boru kəməri vasitəsilə Azərbaycan qazının Avropaya, xüsusilə də İtaliyaya nəqli həm ölkəmizin, həm də Avropa İttifaqının strateji maraqlarına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın qlobal enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir.

Bununla yanaşı, mədəniyyət və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi xalqlarımız arasında mənəvi körpü rolunu oynayır. İtaliyada Azərbaycan mədəniyyət günlərinin təşkili, eləcə də ölkəmizdə italyan incəsənəti və musiqisinin tanıdılması dostluq münasibətlərini gücləndirən mühüm amillərdəndir",- deyə G. Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan və İtaliya universitetləri arasında tələbə mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı isə gələcək nəsillərin daha yaxın əlaqələr qurmasına imkan yaradır.

Sercio Mattarellanın ölkəmizə səfəri Azərbaycan-İtaliya münasibətlərinə yeni nəfəs verdi. Bu səfər nəticəsində formalaşan yeni əməkdaşlıq platformaları iki ölkə arasındakı dostluğun və tərəfdaşlığın daha da güclənməsinə, xalqlarımızın rifahına, həmçinin regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR