BAKU Azərbaycan
24.03 °C

İlham Əliyev: “Azərbaycan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına tərəfdardır”

“Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində həyata keçirilir, Azərbaycana aid qətnamələr isə 28 il kağız üzərində qaldı”.

Gazette.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

“Biz BMT Təhlükəsizlik Şurasında qərarlarının siyasi motivlərdən selektiv icrasına son qoyacaq islahatların aparılmasına tərəfdarıq”, - dövlət başçısı bildirib.