Tina Kandelaki də sanksiya qurbanı oldu
Siyasət
29.06.2022 / 23:20
ABŞ rusiyalı teleaparıcı, media meneceri Tina Kandelakiyə qarşı sanksiya tətbiq edib.
Gazette.az axsam.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi və Dövlət Departamenti məlumat yayıb. Sanksiya siyahısına ümumilikdə 50-dən çox fiziki şəxs və 110-dan çox qurum daxil edilib.
Bundan başqa, ABŞ 500 rusiyalıya qarşı viza məhdudiyyəti tətbiq edib.