Ərdoğan: “Finlandiya və İsveç NATO-ya Türkiyənin mövqeyi nəzərə alınaraq daxil ola bilər”

“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Başqa yol yoxdur”.

Gazette.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə səfərdən əvvəl Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransında bildirib.

O xatırladıb ki, Türkiyə 70 ildir NATO-nun üzvüdür: “Biz Alyansda təsadüfi ölkə deyilik. Sammitdən əsas gözləntimiz ittifaq həmrəyliyinin ortaya qoyulmasıdır. Müttəfiqlərimizdən terrorla mübarizədə ayrıseçkilik etməmələrini, bir müttəfiqə qarşı təhdidin əslində bütün Alyansa qarşı təhdid olduğunu görmələrini gözləyirik”.

Daha əvvəl bildirilmişdi ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması üçün şərtlər irəli sürüb.

Xatırladaq ki, iyunun 28-29-da Madriddə Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş keçiriləcək.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR