BAKU Azərbaycan
15.03 °C

Ceyhun Bayramov: "Nəqliyyat sahəsində növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək"

"Azərbaycan, Qazaxıstan və Türkiyənin məsul nazirləri arasında İşçi Qrupu formalaşdırılacaq".

Gazette.az xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, növbəti iclasın Qazaxıstanda keçirilməsi barədə razılıq əldə edilib:

"İclasın yaxın aylarda həyata keçirilməsi gözlənilir".