BAKU Azərbaycan
26.03 °C

ABŞ-da silah dövriyyəsinə nəzarət gücləndirilir

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Gazette.az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüsü Nümayəndələr Palatasının 234 üzvü dəstəkləyib, 193-ü isə əleyhinə çıxıb.

Sənəd daha sonra ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır.

Bundan əvvəl Cozef Bayden Texasda 21 nəfərin öldüyü atışmadan sonra silah lobbisinə meydan oxumağa çağırmışdı.