TürkPA-ya sədrlik Qazaxıstandan Qırğız Respublikasına keçib
Qırğız Respublikasını Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının toplantısı və XI plenar iclası keçirilir.
TürkPA-nın XI plenar iclasının işində TürkPA-ya üzv ölkələrin - Türkiyə, Qazaxıstan, Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan və Macarıstanın parlament nümayəndə heyətləri iştirak edir.
Tədbir çərçivəsində TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
İclasda parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi məsələlərinin müzakirəsi, TürkPA-nın 2023-2028-ci illər üçün strateji yol xəritəsinin təsdiq edilməsi, sosial sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş nümunəvi qanun layihəsinə baxılması planlaşdırılır. Gündəliyə ümumilikdə 18 məsələ daxil edilib.
İclasın yekunu olaraq Çolpon-Ata Bəyannaməsi qəbul ediləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay