BAKU Azərbaycan
18.03 °C

XİN sözçüsü Diplomatiyada Qadınların Beynəlxalq Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Diplomatiyada Qadınların Beynəlxalq Günü ilə bağlı paylaşım edib.

Gazette.az xəbər verir ki, XİN sözçüsü Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin anası – Azərbaycanın ilk diplomat qadını Sara xatunun şəklini paylaşaraq tviterdə diplomat qadınları təbrik edib.

“24 İyun - Diplomatiyada Qadınların Beynəlxalq Günü münasibətilə bütün qadın həmkarları səmimi qəlbdən təbrik edirəm”, - L.Abdullayeva sosial şəbəkə səhifəsində yazıb.