BAKU Azərbaycan
23.03 °C

Ermənistan Prezidenti: "Biz realist olmalıyıq"

“Biz siyasəti diplomatiyadan, populizmi ictmai bəyanatlardan fərqləndirməyi bacarmalıyıq. Biz bunlara əməl etməyi bacarmır, hamısını qarışdırırıq”.

Gazette.az  “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə cavabında bildirib.

“Biz realist olmalıyıq. Siz bunu bəyan edəndə manevr hüququnuzu itirirsiniz”, - o vurğulayıb.

Müxalifətlə dialoqa açıq olduğunu deyən V.Xaçaturyan söyləyib ki, müxalifətin indiki “Müqavimət hərəkatı”nı 1988-ci ildə “Qarabağ hərəkatı” ilə müqayisə etmək olmaz.