AK Parti rəsmisi Türkiyə-Ermənistan münasibətlərindən danışıb

"Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyə dövlət başçıları sülhün və sabitliyin təmin edilməsi istiqamətində fikirlər səsləndiriblər. Ona görə də bəyannamələrimiz və diplomatik fəaliyyətimiz heç vaxt dağıdıcı olmayıb, əksinə hər zaman inşaedici olub. Hazırda bu əlaqələri davam etdiririk".

Gazette.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Efkan Ala deyib.

Onun fikrincə, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqqını tam qoruyub. Eyni zamanda bölgədə, həm Ermənistan, həm Gürcüstan, həm Rusiya və digər dövlətlərlə bütün sahələrdə əməkdaşlıq üçün yaxşı format təklif edib.

E.Alanın fikrincə, ölkələr ticari əlaqələrini elə qurmalıdırlar ki, vətəndaşlar gedib gələ bilsinlər: "Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik. Bu çərçivədə özəl təmsilçi təyin edərək Ermənistanla münasibətlərin normallaşması, sərhədlərin açılması üçün görüşlər davam edir. Münasibətlərin yaxşılaşacağını gözləyirəm, amma bunu deyəndə ehtiyat edirəm. Ümid edirəm ki, onlar da eyni anlayış içərisində görüşləri davam etdirərlər. Sadəcə iki ölkənin deyil bütün dövlətlərin xeyrinə olacaq nəticələr əldə ediləcək. Çünki hər kəs bilir ki, Azərbaycanın yox deyəcəyi işə biz də əvvəldən yox demişik. Hə deyəcəyi işlərə də hə demişik. Bunun üçüncü varinatı yoxdur. Ona görə də əlaqələrin inkişaf etdirilməsinin bölgənin xeyrinə olduğunu düşünürük. Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Hər kəsin bu qardaşlıqdan dərs çıxarmasını tövsiyə edirəm. Biz heç kimin zərər çəkəcəyi siyasət aparmırıq. Hər kəsin faydalayacağı birlik içərisindəyik. İnanıram ki onlar da bu işə töhfələrini verərlər".

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR