Maduro Ərdoğana təşəkkür edib

Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Gazette.az xəbər verir ki, bu barədə dövlət başçısı tviter hesabında yazıb.

“Türkiyə Respublikası ilə Venesuela Bolivar Respublikası nümayəndə heyətləri arasında ən yüksək səviyyədə genişlənmiş ikitərəfli görüş uğurla keçdi. Biz xalqlarımız arasında müxtəlif əməkdaşlıq və ortaq inkişaf ittifaqlarını gücləndiririk. Prezident Ərdoğana təşəkkür edirəm”, - Maduro sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, Venesuela Prezidenti dünən Türkiyədə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Türkiyə Prezidenti ilə görüşüb. Tərəflər iqtisadi əməkdaşlıq başda olmaqla iki ölkə arasında əlaqələr və regional məsələri müzakirə ediblər.

Maduro rəsmi görüşlərdən sonra məşhur “Kuruluş Osman” serialının yaradıcı heyəti ilə də bir araya gəlib. Venesuela Prezidenti serialın aktyorları ilə görüşlərdən razı qaldığını qeyd edərək, bununla da bağlı fotolarını sosial şəbəkə hesabında paylaşıb. "Kuruluş Osman” serialının aktyorları ilə bu gözəl görüşə və Türkiyə xalqının mədəniyyətini tanıdığım üçün təşəkkür edirəm. Biz qardaş xalqlarımızın mədəni inteqrasiyasını daha da gücləndirməyə çalışırıq", - Maduro vurğulayıb.

 

 

report

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR