
Reklam
02 May 2022, 16:20
475
Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını mayın 12-də açıqlayacaq
Finlandiya mayın 12-də NATO-ya üzvlüklə bağlı qərar qəbul edəcək.
Gazette az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Iltalehti” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Prezident Sauli Niinistö ölkəsinin NATO-ya qəbul olmasını dəstəklədiyini bəyan edəcək. Daha sonra parlament hərbi alyansa üzvlüklə bağlı ərizə verməli olduğunu açıqlayacaq. Ölkənin Baş naziri Saana Marinin də Finlandiyanın NATO-ya üzvlüyə tərəfdar olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl NATO-ya üzvlüklə bağlı qərarın mayın 14-ü qəbul ediləcəyi bildirilirdi.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





