
Reklam
13 Aprel 2022, 19:05
459
Almaniya kanslerinin Kiyevə səfəri gözlənilir
Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.
Gazette az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
"Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir”, - o bildirib.
O.Arestoviç həmçinin söyləyib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





