Fransada prezident seçkiləri başlayıb

Fransada prezident seçkilərinin birinci turunda səsvermələr başlayıb.

Gazette az xəbər verir ki, 70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.

Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.

Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.

Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.

Seçkilərdə əsas rəqabətin ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı, prezidentliyə ikinci dəfə namizəd olmuş Emmanuel Makron arasında gedəcəyi proqnozlaşdırılır.

Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR