“Danışıqları gecikdirməsi Rusiya üçün pis olacaq” - Zelenski

"Rusiyanın danışıqlar prosesini gecikdirməsi onun üçün pis nəticələr verəcək".

Gazette Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Buçada (Kiyev vilayəti) beynəlxalq və ukraynalı jurnalistlərlə söhbəti zamanı deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyədəki görüşü nəticəsiz başa çatıb.

"Hər gün qoşunlarımız müəyyən ərazilərə girib işğaldan azad ediləndə siz nə baş verdiyini görürsünüz", - deyə Zelenski bildirib.

"Onların burada nə etdiklərini görəndə danışmaq çox çətindir. Hər gün orada çəlləklərdə, zirzəmilərdə adamlar tapılır, boğularaq öldürülür, işgəncələrə məruz qalır. Ona görə də hesab edirik ki, əgər onların düşünəcəkləri bir şey varsa, daha tez düşünməlidirlər", - Zelenski vurğulayıb.

O əlavə edib ki, istənilən halda Ukraynada sülh bərqərar olacaq:

"Çünki müasir Avropa ölkəmiz müharibə şəraitində yaşaya bilməz. Qələbəsiz sülhdən söhbət gedə bilməz. Qələbə ordumuzun döyüş addımları ilə paralel diplomatik formatda ola bilər. Ordumuz hər gün döyüş addımlarını nümayiş etdirir".

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün mülki əhalinin kütləvi olaraq öldürülməsi ilə gündəmə gələn Buça şəhərinə səfər edib.

Xatırladaq ki, martın 29-da İstanbulda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR