Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nümayəndə heyəti martın 28-dən Fransanın paytaxtı Parisdə keçirilən və bu gün başa çatacaq Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında iştirak edir.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, qurumun sədri Saməddin Əsədov tədbirdə çıxış edərək 50 illik fasilədən sonra 2023-cü ildə Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərindən, o cümlədən agentliyin kosmik sahədəki fəaliyyətindən və ölkənin kosmik ekosisteminə verdiyi töhfələrdən bəhs edib.

Konfransda milli və regional kosmik proqramlar üçün möhkəm təməlin yaradılmasında cəmiyyətdə kosmik məlumatlılığın artırılmasının vacibliyi, kosmik tətbiqlərin sosial-iqtisadi faydaları, bu sahə ilə məşğul olan ölkələr arasında təcrübə mübadiləsinin və beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin rəsmi nümayəndələrinin iştirakı ilə sessiya keçirilib. Sessiyada dünyanın indiyə kimi qurulmuş ən mürəkkəb elmi teleskopu hesab olunan “James Webb” kosmik teleskopu vasitəsilə günəş sistemindəki sirləri aşkar etmək məqsədindən bəhs olunub və bu missiyanı həyata keçirmək üçün beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Daha sonra Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada “yeni kosmik sənaye”nin rolu və bu sahədə olan trendlər haqqında müzakirələr aparılıb. Azərbaycanın kosmik ölkə olaraq tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb və konfrans iştirakçıları gələn il Bakıda keçiriləcək konqresə dəvət olunublar.

Hər il ənənəvi olaraq keçirilən “Yaz toplantıları” Federasiyanın mühüm tədbirləri sırasında yer alır. Tədbir çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının plenar sessiya və iclasları davam edir.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR