
Reklam
02 Mart 2022, 14:31
602
Lavrov ABŞ-a və Avropaya səsləndi: "Üçüncü Dünya müharibəsi olsa, bu, nüvə savaşı və dağıdıcı olacaq"
“Üçüncü Dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”.
Gazette Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sanksiyalar məsələsinə toxunan nazir Rusiyanın məhdudiyyətlərə hazır olduğunu deyib:
“İdmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara hazır idik”. O həmçinin Rusiyanın xeyli dostunun olduğunu və onun təcridinin mümkün olmayacağını vurğulayıb.
Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ “Üçüncü Dünya müharibəsi”nin başlanğıcı ola biləcəyini bildirmişdi.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





