Bu ölkələr Rusiyanın Ukraynanı işğal etməsini dəstəkləyir - SİYAHI

Fevralın 24-dən etibarən Rusiya Ukraynaya müharibə elan edib və hərbi toqquşmalar davam edir.

 

Müharibə başlayandan bəri yüzlərlə insan həyatını itirib, 500 mindən çox ukraynalı ölkəni tərk edərək qonşu ölkələrə sığınıb. Bu müharibədə böyük əksəriyyət Ukraynanın haqlı olduğunu bildirsə də, əksini düşünənlər, hətta Rusiyanı açıq müdafiə edənlər də var.

 

Gazette Az Ukraynanın işğalında birbaşa və ya dolayısı ilə Rusiyanın tərəfində olan ölkələrin siyahısını təqdim edir:

 

Belarus 

 

İşğaldan əvvəl Rusiya ilə hərbi təlimlər keçirən və torpaqlarını rus ordusuna açaraq müharibədə Moskvanın tərəfindədir. Bu ölkə ilə bağlı ən son yayılan xəbər belədir ki, Belarus da müharibədə fəal iştirak edə bilər.

 

Kuba

 

Cənubi Amerika ölkəsi Kuba Ukraynanın işğalında Moskvanı dəstəkləyir. Kuba prezidenti Migel Diaz-Kanel Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini dəstəklədiklərini bəyan edib.

 

Nikaraqua

 

Ukraynanı işğalına dəstək verən digər Cənubi Amerika ölkəsi də Nikaraquadır. Prezident Daniel Orteqa dövlət televiziyasında yayımlanan çıxışında Putinin yanında olduqlarını ifadə edərək, "Məntiqlə bu administrasiyaların (Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası) təhlükəsizliyi üçün hərbi dəstəyə ehtiyac var. Əgər orada müharibə olarsa, qalib olmayacaq”,-deyə bildirib.
 

Çin

 

Müharibə başlayandan bəri Rusiyanın tərəfində olduğuna dair açıqlamalar verən Çin baş verənlərə görə, ABŞ və Qərbi günahlandırır. Digər tərəfdən, fevralın 26-da BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Çin BMT Təhlükəsizlik Şurasının "Moskvanın Ukraynaya hücumunu dərhal dayandırması və bütün qoşunlarını geri çəkməsi” tələbi ilə qəbul etdiyi qətnamədə bitərəf qalıb.

 

Hindistan

 

Uzun müddətdir Rusiya ilə ABŞ arasında "tarazlıq” siyasətini davam etdirən və Moskvaya yaxınlığına görə, Vaşinqtonda zaman-zaman tənqid edilən Hindistan, 26 fevralda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında da Rusiyanın əleyhinə səs verməyərək bitərəf qalıb.
 

İran

 

Tehranla Moskva arasında yaxın münasibətlər çoxdan məlumdur. İran və Rusiya xarici siyasətdə bir çox məsələlərdə birgə hərəkət edirlər. Tehran rəhbərliyi Ukraynanın işğalı ilə bağlı birbaşa olaraq tərəf tutaraq açıqlama verməsə də, prosesin Qərb tərəfindən bu vəziyyətə gətirildiyini bildirən bəyanatlar verir.

 

Simali Koreya

 

Şimali Koreyanın Ukraynaya təcavüzü ilə bağlı verdiyi açıqlamada Rusiyanın dəstəkləndiyi və böhranın əsas səbəbkarının ABŞ olduğu bildirilib. Şimali Koreya Xarici İşlər Nazirliyinin internet saytında verilən və "Rusiyanın təhlükəsizliyi ilə bağlı qanuni tələbinə məhəl qoyulmadığı” ifadə edilən açıqlamada "Fəlakətə görə Vaşinqtonun məsuliyyət daşıdığı” da qeyd edilib.
 

Suriya

 

Dəməşq administrasiyası Rusiyanın Ukraynanın şərqindəki Donetsk və Luqanskın müstəqilliyinin tanınmasını dəstəklədiyini açıqlayıb. Suriyanın xarici işlər naziri Faysal Mekdad Moskvanın son addımını təqdir edərək, bunu "dünya sülhünün müdafiəsi istiqamətində atılan addım” adlandırıb. Prezident Bəşər Əsədin dəftərxanasından verilən açıqlamada, iki bölgə ilə əlaqələr qurmaq üçün çalışmağa hazır olduqları və yerli hökumətlərin müstəqilliyinin tanınması mümkün olduğu bildirilib.
 

BƏƏ

 

Birləşmiş Ərəb Əmirlikləri BMT Təhlükəsizlik Şurasının fevralın 26-da "Rusiyadan Ukraynaya hücumu dərhal dayandırmağı və bütün qoşunlarını çıxarmağı” tələb edən qətnaməyə bitərəf qalıb. Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm müttəfiqlərindən biri kimi görünən BƏƏ-nin bitərəf qalması Qərbdə fərqli reaksiyalara səbəb olub.

 

 

sferaaz

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR