
Reklam
17 Fevral 2022, 20:37
581
Tokayev prezidentlik müddəti ilə bağlı açıqlama verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev prezidentlik müddəti ilə bağlı bəyanat verib.
Gazetteaz TASS-a istinadən xəbər verir ki, Tokayev prezidentin iki müddətə vəzifə tuta biləcəyini qeyd edərək, bu tələbin pozulmamalı olduğunu vurğulayıb.
“Mart ayında xalqa müraciətim zaman bu məsələ ilə bağlı təkliflər verəcəyəm”, - Tokayev əlavə edib.
Qazaxıstan lideri bir müddət əvvəl respublikanın prezidenti olaraq nə qədər qalacağını bilmədiyini, lakin mütləq iki müddətdən artıq olmayacağını demişdi.
Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





