
Reklam
07 Fevral 2022, 10:03
527
Putin Ərdoğan və xanımının tezliklə sağalmasını arzulayıb
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşına koronavirusdan tez sağalmasını və uzun illər sağlamlıq diləyib.
Gazetteaz xəbər verir ki, bu barədəı Kreml məlumat yayıb.
"Hörmətli cənab Prezident, əziz dostum, mən sizi və xanımınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz virusun öhdəsindən ən qısa zamanda gəlməyə kömək edəcək", - Kremlin saytı Putindən sitat gətirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





