Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

V.Andreyeva ölkəmizi ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunda sədrliyə başlaması münasibətilə təbrik edərək sədr qismində ölkəmizin müəyyən etdiyi prioritetləri alqışlayıb və sədrlik dövründə ölkəmizə uğurlar arzulayıb. O, 2021-ci ilin oktyabr ayında BMTQAK missiyasının ölkəmizə səfər etməsini məmnunluqla xatırlayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

V.Andreyeva ölkəmizin BMT-nin digər ixtisaslaşmış qurumları və fondları ilə əməkdaşlığına toxunaraq BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstək göstərməyə hazır olduğunu bildirib. O, 2022-ci ildə qeyd olunacaq Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar il ərzində silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığı barədə məlumat verib.

Nazir Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyin vacibliyini vurğulayaraq ölkəmizin prioritetlərini təqdim etmək üçün Vyanaya səfər etdiyini və Forum çərçivəsində ATƏT iştirakçı ölkələrinin nümayəndə heyətləri ilə faydalı fikir mübadiləsi apardığını qeyd edib. Sədrlik dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını bildirib. BMTQAK missiyasının ölkəmizə səfərinin uğurla həyata keçdiyini bildirən nazir, həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.

Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir, azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edilib. Görüşdə, həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR