Milli Məclisin Deputatı: "Ermənistan Rusiyanın yaratdığı bir layihədir, həmişə də bu ölkənin taleyində Rusiyanın hərtərəfli rolu olub"

"Son vaxtlar Paşinyan əsl erməni xisləti ilə bir neçə cəbhədə oynamağa çalışır" - bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat vurğulayıb ki, Paşinyan çox yaxşı anlayır ki, onun bu oyunları özünə çox baha-başa gələ bilər: “Dövlət olaraq adlandırılan Ermənistan Rusiyanın yaratdığı bir layihədir, həmişə də bu ölkənin taleyində Rusiyanın hərtərəfli rolu olub. Ancaq Nikol Paşinyanın Qərb dövlətləri ilə sövdələşməyə getməsi, hesab edirəm ki, hətta dövlətçiliyinin itirlməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, görünən odur ki, Cənubi Qafqaz bölgəsi uğrunda tək Rusiyanın yox, həm də Qərbin maraqları var. Burada ABŞ, Fransa və digər ölkələrin adlarını qeyd etmək olar. Amma Rusiya həmişə olduğu kimi, burada əsas oyunçulardan olduğunu göstərməyə çalışır. Artıq burada Türkiyəni də qeyd etməliyik. Çünki hər iki ölkə əslində digər dövlətlərin daxil olmasına, ümumiyyətlə, hansısa bir məsələdə söz sahibi olmalarına icazə vermək niyyətində deyillər. Biz bunu bu günlərdə daha aydın gördük və belə desək ki, bu məsələdə Paşinyanın başı daşa dəydi. Vladimir Putin zəngiylə bir daha ona nə etməli olduğu xatırlatdı. Paşinyana xatırladıldı ki, o, ABŞ-a, Fransaya, Avropa Birliyinə və digər ölkələrə yox Rusiyanın dediklərinə əməl etməli və üçtərəfli bəyannamənin bütün şərtlərinə riayət etməlidir”.

Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında danışan deputat diqqətə çatdırıb ki, bu görüşdə 10 noyabr və 11 yanvar üçtərəfli sazişlərin icra olunması masaya çıxardılacaq: “Hesab edirəm ki, regionda sabitliyin möhkəmləndirilməsi, qorunması üçün hansı addımların atılacağı da müzakirə ediləcək. Həmçinin, nəqliyyat əlaqələrin bərpası, iqtisadi əlaqələr, sərhədlərin delimitasiya və demarkasiya məsələləri də gündəmdə olacaq. Düşünürəm ki, bunların hər biri geniş şəkildə müzakirə olunacaq. Paşinyan məğlub olmuş ölkənin rəhbəridir və o, başa düşməlidir ki, üçtərəfli bəyanatın bəndlərinə bir-bir əməl etməyə məcburdur. O bunu almalıdır, çünki geriyə yolu yoxdur. Əgər digər fikirlərə düşərsə, nəticələri onun üçün çox ağır olacaq. Onun əməlləri Ermənistanın dövlət kimi süqutuna gətirib çıxarda bilər”.

Millət vəkilinin sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya və demarkasiyası, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması bölgəyə sabitlik, sülh, əmin-amanlıq gətirəcək: “Bu, tək Azərbaycan üçün yox, bütün bölgə dövlətləri və dünya üçün vacib elementlərdir, məsələlərdir. Azərbaycanın bu məsələdə mövqeyi aydın və açıqdır. Görüşün harada olmasından asılı olmayaraq, Azərbaycan prezidenti İlham Əliyev həmin mövqe ilə gedir. Ermənistan sadəcə burada öz üzərinə düşən bütün vəzifələri yerinə yetirməlidir

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR